QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid – video

Abunə olmaq
Pərvin Salmanzadə əsgər yoldaşlarının darda olduğunu görüb, dostlarının təkidlərini dinləmədən onları xilas etməyə cumub, onların həyatını qurtarıb, özü isə ürəyindən qəlpə yarası olaraq şəhid olub. Onun ailəsinə son sözləri ilə videomuzda tanış olun.

Pərvin Salmanzadə hər gün cəbhədən ailəsinə, dostlarına, uşaqlarına zəng edərdi. Onları ruhlandırar, zarafatlarından da geri qalmazdı. Maraqlıdır ki, bütün tanışları bir ağızdan onun çox zarafatcıl olduğunu deyir. Hətta ilk dəfə cəbhəyə yollanacağını eşidən dostları ona inanmayıb.

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid  - Sputnik Azərbaycan
VİDEO
Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

Amma inanmalı olublar, çünki Pərvinin sorağı Şuşadan gəlməyə başlayıb. İştirak edəcəyi son Şuşa əməliyyatına yollanmazdan öncə isə anasına zəng edib və ondan halallıq istəyib, üç uşağının anasına əmanət olduğunu söyləyib, sanki anasıyla həmişəlik sağollaşırmış.

Təəssüflər olsun ki, elə də oldu. Bir neçə gün Pərvindən xəbər eşitməyən dostları daha sonra Pərvinin meyitinin Füzulidə olduğunu öyrəniblər. Daha sonra isə Pərvinin komandiri onun anasına zəng edib və hər şeyi olduğu kimi danışıb. Pərvin əsgər yoldaşlarının yaralı olduğunu görüb, arxaya baxmadan onların imdadına qaçıb. Komandiri xilas edərkən isə özü ürəyindən qəlpə yarası olaraq qəhrəmanca şəhid olub.

İndi isə onun ailəsi və yaxınları hər gün onun qəbrini ziyarət edirlər. Pərvin isə bizə arxasınca üç atasız uşaq və azad Şuşanı qoyub getdi

Xəbər lenti
0