SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər

© Official website of President of Azerbaijan RepublicОт имени Президента Ильхама Алиева дан прием в честь Президента Турции Реджепа Тайипа Эрдогана
От имени Президента Ильхама Алиева дан прием в честь Президента Турции Реджепа Тайипа Эрдогана - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb

BAKI, 9 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.

Sputnik Azərbaycan bildirir ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq.

Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.

Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Xəbər lenti
0