CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KİV: Azərbaycan üç əsiri Ermənistana təhvil verib

© © REUTERS/Umit BektasСапоги солдата, фото из архива
Сапоги солдата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar

BAKI, 9 dekabr - Sputnik. Ermənistanın Vahid İnformasiya mərkəzi bildirib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Ermənistana üç əsiri qaytarıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı RİA Novosti yayıb.

"Vitse-baş nazir Tiqran Avetisyanın ofisindən bildirilib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistan tərəfə üç erməni əsir verilib", - mərkəzin Facebook səhifəsində yazılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

Xəbər lenti
0