CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadın sabiq icra başçısını niyə saxlayıblar? - İttihamlar

© Photo : Executive Power of Jalilabad DistrictCəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

BAKI, 9 dekabr - Sputnik. Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir  ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ila bağlı istintaq orqanının təqdimatına Səbail rayon Məhkəməsində hakim Azər Tağyevin icraatında baxılacaq. Qeyd edək ki, N.Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti
0