Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Banklara əmanət qoyuluşuna dair yeniliklər olacaq”

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Rüstəmov: "Gələn il mart ayında banklara əmanət qoyuluşuna dair bir sıra yeniliklərlə çıxış edəcəyik"

BAKI, 9 dekabr — Sputnik. "Hazırda Azərbaycanın bank sektorunda 7,4 milyard manat əmanət var, bunun isə 6,4 milyard manatı qorunur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Gələn il mart ayında banklara əmanət qoyuluşuna dair bir sıra yeniliklərlə çıxış edəcəyik", - o qeyd edib.

Baş bankir deyib ki, koronavirus pandemiyasına və Vətən müharibəsinə baxmayaraq maliyyə sistemi bu ili yaxşı göstəricilərlə başa vuracaq: "Bu gün dövlətimizin qarşısında duran çox ciddi çağırışlar var".

O bildirib ki, şəhid ailələri və qazilərlə bağlı məsələ bütün cəmiyyətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir: "Şəhidlər və qazilər bizim qəhrəmanlarımızdır. Onlarla bağlı ciddi işlər görürük. O cümlədən maliyyə sektorunda bu işlər görülür. Özləri ilə görüşərək lazımi məsələləri həll edəcəyik".

Xəbər lenti
0