CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb

© Sputnik / Murad OrujovМужчина в маске в Баку
Мужчина в маске в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır.

BAKI, 9 dekabr - Sputnik. TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun sosial şəbəkədəki paylaşımında bildirilib.

“Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!

Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu  bəlanı nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.

Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.

#BizBirlikdəGüclüyük”, - paylaşımda qeyd edilib.

Xəbər lenti
0