BAKI, 8 dekabr — Sputnik. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarda müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında" qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri aşağıdakılardır:
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
- elmi-tədqiqat və laborator xidmətləri;
- xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
- baytarlıq xidmətləri;
- tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
- sosial xidmətlər;
- əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
- kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
- elektrik enerjisinin istehsalı və təchizatı;
- su təchizatı və meliorasiya;
- telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
- hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
- dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
- logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat sahələri üzrə:
- müdafiə sənayesi məhsullarının istehsalı;
- maşınqayırma sənayesi üzrə fəaliyyət;
- neft avadanlıqları və qurğularının istehsalı;
- qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- kimyəvi məhsulların istehsalı;
- kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.8. əkinçilik və məhsul yığımı; 4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
- neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
- metallurgiya sənayesi üzrə fəaliyyət;
-tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
- qablaşdırma məhsullarının istehsalı;
- daş, metal və taxta məhsullarının istehsalı;
- mebel istehsalı və təmiri;
- diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
- ərzaq mağazaları (supermaketlər, bazarlar);
- apteklər;
- yanacaq doldurma məntəqələri;
- Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
- Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
Məişət xidmətləri üzrə:
- məişət tullantılarının yığılması və utilizasiyası;
- poçt xidmətləri;
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- avtomobillərin təmiri; 6.6. avtomobil yuyulma məntəqələri;
- heyvan sığınacaqları;
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
- banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
- investisiya şirkətləri, fond birjaları;
- sığorta təşkilatları;
- ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
- çatdırılma xidmətləri;
- məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
- dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
11. Otellərin fəaliyyəti.
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.