CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus: Yoluxan sayı artdı, ölən sayı azaldı

© AFP 2024 / MONEY SHARMAТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib. Yoluxmanın 52 faizi Bakı şəhərinin payına düşüb

BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri jurnalistləri maraqlandıran suallara cavab verirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib ki, bu günə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib. Yoluxmanın 52 faizi Bakı şəhərinin payına düşüb.  İyun-iyul aylarında götürülən testlərdən yoluxma faizi 10 faiz idisə, indi 25 faizdir.

Xəbər lenti
0