BAKI, 8 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar geriləyərək 49,45 dollar təşkil edib.
“Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar geriləyərək 48,43 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar ucuzlaşaraq 45,51 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.