CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransa səfiri Qarabağ barədə: "Köçkünlərin regiona qayıdışı ilə çoxlu suallar yaranacaq"

© Twitter/ Institut Thomas MoreFransanın Azərbaycanda səfiri Zakari Qros (Zacharie Gross)
Fransanın Azərbaycanda səfiri Zakari Qros (Zacharie Gross) - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasını və ATƏT-in Minsk Qrupunun razılaşdığı prinsipləri, eləcə də Azərbaycanın və region ölkələrin ərazi bütövlüyünü, millətlərin öz müqəddəratını təyinetmə və bərabər hüquqlarını dəstəkləməyə davam edəcək.

BAKI, 8 dekabr — Sputnik. "Hər iki ölkədən olan qaçqınlar və köçkünlərin regiona qayıdışı ilə çoxlu suallar yaranacaq. Birgə yaşamanın yeni formaları tapılmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun bəyanatında qeyd olunub.

"2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki dəfə - iyulda və payızda hərbi qarşıdurma baş verib. Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. Hazırda Qarabağda Rusiya qoşunları yerləşdirilib. Hər iki ölkədən olan qaçqınlar və köçkünlərin regiona qayıdışı ilə çoxlu suallar yaranacaq. Birgə yaşamanın yeni formaları tapılmalıdır. Çağırışlar və perspektivlər olacaq. Fransa beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasını və ATƏT-in Minsk Qrupunun razılaşdığı prinsipləri, eləcə də Azərbaycanın və region ölkələrin ərazi bütövlüyünü, millətlərin öz müqəddəratını təyinetmə və bərabər hüquqlarını dəstəkləməyə davam edəcək. Sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır", - deyə bəyanatda bildirilir.

Xəbər lenti
0