CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yadplanetlilər artıq buradadır - İsrail kosmik proqramının "atası"ndan ilginc açıqlama

© Depositphotos.com / Mik38Художественное изображение НЛО
Художественное изображение НЛО - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Haim Eşed: İnsanlıq buna hazır olmadığı üçün yadplanetlilər hələ burada olduqlarının sirr kimi saxlanılmasını istəyirlər.

BAKI, 8 dekabr — Sputnik. İsrailin kosmik proqramının "atası" və "Ofek" peyk seriyasının keçmiş rəhbəri Haim Eşed "Yediot Axronot" qəzetinə müsahibəsində yadplanetlilərin mövcudluğuna inandığını və onların artıq yer üzündə olduğunu deyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professor yadplanetlilər haqqında bütün bildiklərini danışıb.

O bildirib ki, insanlıq buna hazır olmadığı üçün yadplanetlilər hələ burada olduqlarının sirr kimi saxlanılmasını istəyirlər:

"Tramp onların burada olduqlarını deməyin astanasında idi. Ancaq Qalaktika Federasiyasından gələn yadplanetlilər "gözləyin hər şey sakitləşsin" dedi. Onlar bizim kütləvi şəkildə isteriya keçirməyimizi istəyirlər. Əvvəlcə onları bilib, tanımağımızı istəyirlər. Onlar bu zamana qədər gözləyirdilər ki, biz kosmos və kosmik gəmilər haqqında məlumatlanaq".

Professorun sözlərinə görə, ABŞ hökuməti ilə yadplanetlilər arasında razılaşma var. Belə ki, onlar təcrübələr aparmaq üçün müqavilə imzalayıblar:

"Kainatın yaradıldığı maddəni araşdırır və anlamağa çalışırlar. Köməkçi olaraq isə, yer üzündəki insanlara, bizə ehtiyac duyurlar. Onların Marsda yeraltı bazası var və nümayəndələri ilə yanaşı Amerika astronavtları da oradadırlar".

Professor eyni zamanda vurğulayıb ki, bu barədə 5 il əvvəl danışsaydı, onu ruhi xəstə kimi xəstəxanaya yerləşdirə bilərdilər. İndi isə hər şey dəyişib.

"Artıq bütün dərəcə və mükafatlarımı almışam, xaricdəki akademik dairələrdə hörmətim var", - deyə Eşed qeyd edib.

Xəbər lenti
0