BAKI, 8 dekabr - Sputnik. Sərtləşdirilmiş karantin rejimi müddətində beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.