BAKI, 8 dekabr — Sputnik. Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.