Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

© AFP 2024 / ROBYN BECKПрилавок с помидорами на рынке
Прилавок с помидорами на рынке - Sputnik Azərbaycan
Abunə olmaq
"Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır"

BAKI, 8 dekabr — Sputnik. Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, İdarədən bildiriblər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.

Həmçinin qeyd ediblər ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını qeyd ediblər.

"Bununla əlaqədar olaraq, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır", - deyə xidmətdən bildirilib.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Xəbər lenti
0