QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı çağdaş durumu müzakirə ediblər

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов и министр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел Азербайджана Джейхун Байрамов и министр иностранных дел РФ Сергей Лавров  - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatının icra edilməsinin gedişatını müzakirə ediblər.

BAKI, 8 dekabr - Sputnik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatının icra edilməsinin gedişatını müzakirə ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

"Xarici siyasət idarələrinin başçıları 9 noyabrda Rusiyanın, Azərbaycanın və Ermənistan liderlərinin bəyanatının icra edilməsinin gedişatını, ikitərəfli əməkdaşlığı və beynəlxalq gündəliyin aktual mövzularını müzakirə ediblər", - xəbərdə deyilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Çavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov - Sputnik Azərbaycan
RUSİYA
Çavuşoğlu və Lavrov üç mövzunu müzakirə ediblər

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0