BAKI, 8 dekabr - Sputnik. Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Məlumata görə, telefon danışığı zamanı Türkiyədə saxlanılan "NTV" telekanalının jurnalistləri, Dağlıq Qarabağ və Ukrayna ilə bağlı mövzular müzakirə edilib.