Almaniyadan ABŞ-a qeyri-adi çağırış

© AFP 2024 / JOHN MACDOUGALLФлаг Германии над зданием парламента в Берлине, фото из архива
Флаг Германии над зданием парламента в Берлине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ombudsman Berbel Kofler: "ABŞ-da ölüm hökmünün tətbiqi qlobal tendensiyalara ziddir. Buna görə də ABŞ hökumətini planlı edamlardan çəkinməyə və edam cəzasının tətbiqinə faktiki moratoriumu bərpa etməyə çağırıram"

BAKI, 8 dekabr - Sputnik. Rəsmi Berlin Vaşinqtonu ölüm cəzasından imtinaya və moratoriumu bərpa etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Burada qeyd olunub ki, Ağ Ev Adminstrasiyasına bu çağırışı AFR hökuməti yanında Ombudsman Berbel Kofler edib.

Kofler son aylarda ABŞ-da federal səviyyədə planlaşdırılmış 5, ümumi isə 8 edamdan dərin təəssüfləndiyini bildirib:

"ABŞ-da ölüm hökmünün tətbiqi qlobal tendensiyalara ziddir. Buna görə də ABŞ hökumətini planlı edamlardan çəkinməyə və edam cəzasının tətbiqinə faktiki moratoriumu bərpa etməyə çağırıram". 

Ombudsman əlavə edib ki, Alman hökuməti ölüm hökmünü hər şərtlə qəddar və insanlıqdan kənar bir cəza növü olaraq rədd edir: "Bu səbəbdən Avropa Birliyi tərəfdaşlarımızla birlikdə, onun ləğvi üçün uzun illərdir kampaniya aparırıq. Ölüm cəzası səhv qərarların düzəldilməməsi deməkdir. Ölüm cəzasının çəkindirici olmadığı da sübut edilib". 

Qeyd edək ki, Donald Tramp administrasiyası 2019-cu ildə federal səviyyədə ölüm cəzasını bərpa etmək niyyətində olduğunu açıqlamışdı. O zaman 62 nəfər federal həbsxanalarda edam edilməsini gözləyirdi. Bu, ABŞ-da edamını gözləyən məhkumların yalnız kiçik bir hissəsidir, çünki onların böyük əksəriyyəti federal hökumətin deyil, əyalətlərin yurisdiksiyasındadır.

Məlumat üçün bildirək ki, iyul ayında ABŞ Ali Məhkəməsi federal həbsxanalarda son 17 ildə ilk edamların aşağı məhkəmə tərəfindən əvvəlcədən verilən gecikmənin ləğvi ilə həyata keçirilə biləcəyinə qərar verib. İlk edam edilən şəxs İndiana ştatındakı Terre-Hot Federal Həbsxanasında saxlanılan 47 yaşlı Deniel Lyus Li idi.

Xəbər lenti
0