SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov İsrailli nazirlə nədən danışıb?

© Photo : AR Ministry of Foreign AffairsДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və İsrailin xarici işlər nazirləri müxtəlif sahələrdə həyata keçirilən layihələri, ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

BAKI, 7 dekabr — Sputnik. 7 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail xarici işlər naziri Qabi Aşkenazi arasında telefon dan7 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar. Onlar bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Xəbər lenti
0