BAKI, 7 dekabr — Sputnik. Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Dumasının deputatı Gennadi Onişenko uzun yeni il tətilinin rusların sağlamlığına pis təsir etməklə yanaşı, iqtisadiyyata da mənfir təsir etdiyini deyib və bildirib ki, bu səbəbdən uzun tətildən imtina edilməlidir.
"Sklifosovski İnstitutuna getsəniz, sizə deyəcəklər ki, yanvar ayının ilk ongünlüyü bütün ölkədə təcili yardım maşınları üçün ən gərgin günlərdir. Bu həddindən artıq alkoqoldan və ya surroqatlardan zəhərlənmək, sərxoş insanlara xəsarət yetirmək və s. ilə əlaqəli olur. Əlbəttə ki, bu pisdir. Ancaq hər il olduğu kimi bu il böyük şəhərlərdən insanların xaricə getməsi olmayacaq".
Akademik həmçinin bildirib ki, uzun tətillər iqtisadiyyata da zərər vurur.
"Bütün dünya Yeni ili qarşılayıb, sonra işləməyə başlayır. Ancaq biz işləmirik. Hə, dekabrın 31-i tətil olsun, çünki onsuz da həmin gün heç kim işləmir. Axı bu heç olmayıb. Həmişə çox məqbul şəkildə istirahət etmişik. Ancaq 90-cı illərdə insanlara əmək haqqı verilmədiyi bir zamanda, insanlar həmin günləri, yəni Köhnə Yeni ilə qədər, yanvarın 14-nə qədər istirahət edirdilər. Ancaq indi bunu etməyin mənası nədir?" - deyə o bildirib.