Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əmanətlərin tam sığortalanması müddəti yenə uzadılır

© Sputnik / Murad OrujovБанка с деньгами, фото из архива
Банка с деньгами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin əvvəlki 30 min manatdan 100 min manatadək artırılması təklif olunur.

BAKI, 7 dekabr — Sputnik. Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişikliyə baxılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanun layihəsində tam sığortalanma müddətinin daha dörd ay uzadılması təklif edilir. Bundan əlavə, həmin qanunun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin əvvəlki 30 min manatdan 100 min manatadək artırılması təklif olunur.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Həmin vaxt qanun qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə qəbul edilib.

Xəbər lenti
0