Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sevdiyimiz meyvənin faydalarını bilək

© Sputnik / Rahim MuradovAstarada naringi yığımına başlanılıb
Astarada naringi yığımına başlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Bədənin sadə karbohidratların assimilyasiyasını normallaşdırmasına kömək etmək üçün naringi liflə - üzərində olan ağ damarlarla yeyilməlidir.

BAKI, 6 dekabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzinin dietoloqu, fəlsəfə doktoru Fatima Dzaqoyeva bir insanın gün ərzində yeməli olduğu naringi miqdarını açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dietoloqun fikrincə, gün ərzinə 4 naringi yeyilməlidir.

Az kalorili və vitaminlərlə zəngin meyvə şəkərli diabet xəstələrinə və bədən formasını qorumağa çalışan hamıya tövsiyə edilir.

Dietoloq-terapevt Yekaterina Burlayevanın sözlərinə görə isə naringi B qrupu vitaminləri, A vitamini, karoten, kalsium, maqnezium, fosforla zəngindir. Naringinin tərkibində 10-15 vitamin və mineral var.

Ancaq bədənin sadə karbohidratların assimilyasiyasını normallaşdırmasına kömək etmək üçün naringi liflə - üzərində olan ağ damarlarla yeyilməlidir.

Burlayevanın sözlərinə görə, kəskin mədə-bağırsaq xəstəlikləri və naringi qabığındakı efir yağlarına qarşı allergiyası olan şəxslər naringi yeməməlidirlər.

O bildirib ki, naringi soyulmuş halda yeyilməlidir.  Həkim boş mədəyə naringi yeməyi məsləhət görmür.

Xəbər lenti
0