Milli Məclisdə Anım Günü və Zəfər Günü ilə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihələri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və  “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamlarından irəli gəlir.

BAKI, 6 dekabr - Sputnik. Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siüasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik ediləcək.

Bu barədə də qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək. 

Qeyd edək ki, qanun layihələri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və  “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamlarından irəli gəlir.

Xəbər lenti
0