Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxanların sayında növbəti artım qeydə alınıb

© Official website of President of Azerbaijan Republic Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə indiyədək ümumilikdə 146679  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 88497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 nəfərdir.

BAKI, 6 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb,  2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 146679  nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 88497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 nəfərdir.

Ölkədə son sutka ərzində 19197, hazırkı dövrədək isə 1837001 test aparılıb.

Xəbər lenti
0