BAKI, 5 dekabr - Sputnik. Parisdə "Qlobal təhlükəsizlik" haqda qanun layihəsinə qarşı keçirilən etiraz aksiyası darmadağına çevrilib.
#France - Clashes, cars set alight in new Paris protests against security law #AFP
— AFP Photo (@AFPphoto) December 5, 2020
📸 Anne-Christine Poujoulat pic.twitter.com/E63cRa8hJu
Sputnik France xəbər verir ki, "Hər kəs polisə nifrət edir" qışqıran etirazçılar hüquq mühafizə işçilərinə daş və petarda yağdırır, fayer yandırırlar. Polis isə cavabında gözyaşardıcı qazdan istifadə edir.
Law enforcement in Paris is forced to retreat while anarchist black bloc militants run up and attack them at the riot. pic.twitter.com/XqTcWFRK76
— Andy Ngô (@MrAndyNgo) December 5, 2020
Etirazçılar vitrinləri sındırır, barrikada qurur, küçələrdəki müşahidə kameralarını sıradan çıxarırlar. Onlar Qambet avenyusunda ən azı üç avtomobili yandırıblar. Hadisə yerinə yanğınsöndürənlər gəliblər.
tensions are running on between demostrants and the police #Paris #StopLoiSécuritéGlobalepic.twitter.com/Mj98icEgSc
— Vince2🍀🎗 (@Vince225368787) December 5, 2020
Milli Şura noyabrın 24-də "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur.
🚨 - FRANCE: Happening Now! Protesters take to the streets of Paris to denounce the so-called 'Global Security' bill.
— Novanola (@justsee2k) December 5, 2020
Stand up ✊🏼✊🏼✊🏼🌏 pic.twitter.com/CeZRcPVchU
Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.
Bugünkü mitinq Port-de-Lildən başlayıb və Respublika meydanılnadək uzanıb. Etirazçıların önündə qara paltarlı adamlar irəliləyiblər, adətən, onlar dinc aksiyaları davaya, dağıntılara çevirmələri ilə tanınırlar.
Polis aksiyada iştirak edənlərdən 22 nəfərinin həbs olunduğunu bildirib.