CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

© Sputnik / Rahim Muradov Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd
 Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd - Sputnik Azərbaycan
Abunə olmaq
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

Xəbər lenti
0