Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: "İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram"

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Qarabağ Azərbaycanlı qardaşlarımızın torpağıdır. 28 ildir ki, oralar işğal altında idi. ABŞ, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi.

BAKI, 4 dekabr — Sputnik. "Emmanuel Makron Fransanın başına bəladır. Makronla Fransa çox təhlükəli dövr yaşayır. Ümid edirəm ki, Fransa tez bir zamanda Makron bəlasından qurtulacaq. əks halda "sarı jiletlilərdən" qurtula bilməyəcək. Sarı jiletlilər daha sonra qırmız jiletlilərə çevrilə bilər".

Sputnik Azərbaycan "Hurriyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. "Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər" dedi. Eyni tövsiyəni mən də verirəm. Qarabağ Azərbaycanlı qardaşlarımızın torpağıdır. 28 ildir ki, oralar işğal altında idi. ABŞ, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi. Azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdi. Xeyirli olsun deyirik. Çərşənbə axşamı nəsib olarsa oradakı tədbirlərə həyat yoldaşımla qatılacağam", - deyə Ərdoğan bildirib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала