Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vətən yaxşıdır" - Xalq artisti şəhid Xudayar Yusifzadəni mahnısıyla andı

© Sputnik / Kemale AliyevaЗаслуженный артист Азербайджана Эйюб Ягубов
Заслуженный артист Азербайджана Эйюб Ягубов - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Eyyub Yaqubovun illər öncə ifa etdiyi "Vətən yaxşıdır" mahnısını yenidən ifa edərək onu şəhid Xudayar Yusifzadənin timsalında bütün şəhidlərimizə ithaf edib.

BAKI, 4 dekabr — Sputnik. Xalq artisti Eyyub Yaqubov İkinci Qarabağ savaşında qəhrəmancasına şəhid olan və "Vətən yaxşıdır" mahnısıyla dillərə düşən Xudayar Yusifzadəni anıb.

Sputnik Azərbaycan xəbər verir ki, E.Yaqubovun illər öncə ifa etdiyi "Vətən yaxşıdır" mahnısını yenidən ifa edərək şəhid Xudayar Yusifzadənin timsalında bütün şəhidlərimizə ithaf edib.

Məlumat üçün bildirək ki, sözügedən mahnının sözləri Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Vahidə, musiqisi isə Xalq artisti Əlibaba Məmmədova aiddir.

Qeyd edək ki, uzun illərdir kirayələrdə yaşayan şəhid Xudayar Yusifzadənin ailəsinə ev tikiləcək. Bu haqda mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

Xəbər lenti
0