Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Türkiyənin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həyatını fəda edən şəhidlərin anılması məqsədi ilə bu gün səfirliyimizdə bir dəqiqəlik sükut elan edildi", - deyə məlumatda qeyd olunur.
Azerbaycan topraklarının bütünlüğü uğrunda hayatını feda eden şehitlerin anılması amacıyla bugün Büyükelçiliğimizde saygı duruşunda bulunulmuştur. pic.twitter.com/rImTHPPSCR
— Bakü Büyükelçiliği (@TCBAKUBE) December 4, 2020
Qeyd edək ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.
Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.
Eyni zamanda, bütün dini ibadətgahlarda (məscidlər, kilsələr, sinaqoqlarda) şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.