BAKI, 4 dekabr - Sputnik. Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Twitter səhifəsində paylaşım edilib.
“Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - səfirlikdən bildirilib.