Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İspanlar məktublarına məşhur azərbaycanlının şəklini yapışdıracaqlar

© Sputnik / Shahperi AbbasovaFransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov
Fransa milli partizan hərəkatının əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılov - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 11 avqust tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində Əhmədiyyə Cəbrayılovun təsviri əks olunan poçt markaları İspaniyada dövriyyəyə buraxılıb.

Bundan əvvəl də səfirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

Xəbər lenti
0