CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə əlillər necə yaşayırlar - sərgi "danışır"

© AP Photo / Shizuo KambayashiПокупательница в книжном магазине
Покупательница в книжном магазине - Sputnik Azərbaycan
Abunə olmaq
Virtual sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də mövzu ilə əlaqədar kitablar, məqalələr, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar nümayiş olunur

BAKI, 3 dekabr — Sputnik. Hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının "3 Dekabr Beynəlxalq Əlillər Günüdür" adlı virtual sərgisi də bu mövzuya həsr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, virtual sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də mövzu ilə əlaqədar kitablar, məqalələr, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Xəbər lenti
0