BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3942 yeni yoluxma faktı qeydə alınıb, 2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, koronavirusla bağlı ölkədə çarpayı fondu bir neçə dəfə artırılıb: "Amma bütün dünyada olduğu kimi, biz də bu çətinliklə üz-üzəyik. Yoluxma artan tendensiya üzrə davam edərsə, vəziyyət daha da pisləşə bilər", - deyə TƏBİB rəsmisi bildirib.