BAKI, 2 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 48,38 dollar təşkil edib.
“Brent” markalı neftin bir barelinin qiyməti 0,35 dollar geriləyərək 47,07 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,40 dollar ucuzlaşaraq 44,15 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.