CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlıqda da, xəstəlikdə də, qayda pozmaqda da birlikdə - ər-arvadın işini polis araşdırır

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndəriliblər, barələrində RPŞ-də araşdırmalar davam etdirilir

BAKI, 2 dekabr — Sputnik. Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb. Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti
0