Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Ruslar bunu bacardı": dünya totalitar dövləti quruldu

© REUTERS / ANDREW KELLYABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq 10 ilə yaxındır ki, ABŞ elitası Rusiya haqqında heç nə bilmir. Heç bir amerikalı siyasətçisi Moskvanı, Sankt-Peterburqu, Yekaterinburqu, Sibiri, Kamçatkanı görməyib.

BAKI, 2 dekabr — Sputnik, Viktor Maraxovski. "Rossiya Seqodnya" BİA Amerika Birləşmiş Ştatlarının yaxın dörd ildə Rusiyanı nəyə görə cəzalandıracağı barədə sualın cavabını tapıb. Məqaləni təqdim edirik:

"Bu cavab birbaşa olmasa da, kifayət qədər başa düşüləndir. Agentliyin mütəxəssisləri tərəfindən yarım il ərzində Amerikanın onlarla aparıcı KİV-ində Rusiya haqqında çıxan xəbər və məqalələr əsasında araşdırma (məxfi adı "Osminoq 3" olan) aparılıb.

Испытательный пуск новой ракеты российской системы противоракетной обороны на полигоне Сары-Шаган в Казахстане - Sputnik Azərbaycan
RUSİYA
Rus silahı: 2020-ci ilin ilkin yekunları

Nəticə: indi Amerika media sferasında (və deməli, Amerika siyasətində) bizim hansı kontekstdə mövcud olduğumuz aydındır. Və elə orada oynadığımız rol da.

Bu o deməkdir ki, həm bizə olan münasibət, həm də bundan sonra Rusiya ilə bağlı görüləcək tədbirlər haqqında təxmini də olsa, mülahizə yürütmək olar.

Sevindirici xəbər: Amerika KİV-i bizi xatırlayır, sevir və yada salır - hətta ABŞ-da "rus isterikası"nın pik həddə olduğu 2016-cı ildən belə daha çox. Həmin dövrlə müqayisədə istinadlar 25 faiz artıb.

Məyusedici xəbər: ötən araşdırmanın (2019-cu ilin payızında dərc olunan yekunlarını oxumağı tövsiyə edirik) üstündən təxminən bir il keçsə də, dəyişən bir şey yoxdur).

Bu ilin avqust ayının 1-dən noyabrın 15-ə kimi dərc olunmuş Rusiya haqqında 1227 məqalədən heç biri müsbət xarakter daşımır. Neytral məqalə kimi qiymətləndirilə biləcək yazıların sayı isə cəmi 46-ya bərabərdir ki, bu da 4 faiz təşkil edir.

Rusiya sülhməramlılarının təminatı üzrə fəaliyyət gerçəkləşdirilir - Sputnik Azərbaycan
QARABAĞ
Rusiyadan Azərbaycana gələn rus sülhməramlılar və yükləri Xankəndiyə çatdırılıb - VİDEO

Yerdə qalan 96 faiz isə təkrarçılıqdan, necə deyərlər, çevir tatı-vur tatıdan başqa bir şey deyil: ruslar seçkilərə müdaxilə edir, ruslar saxta xəbər yayır və s. Belə məlum olur ki, jurnalistlər və redaktorlar öz kabinetlərində, ya da evlərində (koronavirus pandemiyasını nəzərə alsaq) oturub, əslində kütləvi informasiyaya məhəl belə qoymadan, periodik şəkildə gündə beş dəfə (məsələn, CNN 106 gün ərzində 570 məqalə verib) sadəcə gözlərini yumub ağızlarını açıblar:

- Putin qardaşlığı Trampı dəstəkləmək arzusundadır və buna görə də bizim seçkiyə qarışır;

- Rusiya yenə bizim seçkini pozmağa cəhd göstərir;

- Rusiya trolları internet auditoriyasına təsir göstərir;

- Sosial şəbəkələr rus hakerlərinin və trollarının fəaliyyətinə yetərincə nəzarət edə bilmir;

- Trampa səs verməklə Rusiyanın "qara cəngavəri" Putinə səs vermiş olursunuz.

Əlbəttə ki, bütün bunların Rusiyaya heç bir dəxli yoxdur. Bu, ABŞ-ın daxili media həyatının bir elementidir . Beləliklə, iki min iyirminci il bu güclü demokratiya dövlətinə yalnız bir yenilik gətirdi: sosial platformalar - "Facebook" və "Twitter" kimi nəhəng şəbəkələr nəzarət altında saxladıqları media məkanında demokratların namizədi Co Baydenin lehinə senzura tətbiq etməyə başladılar.

Başqa sözlə:

Сотрудники лаборатории, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

- Konspirologiya nəzəriyyələrini ortaya ataraq Trampın Putinin əlində oyuncaq və ağdərili milliyətçilərin himayədarı olduğunu irəli sürmək və bununla da onun "azğınlaşmış mafiyaya qarşı mübarizə aparan" şəxs kimi tərifləyən kollektiv şüurun formalaşmasına imkan verməmək;

- Trampın özünü hər dəfə ağzını açıb bir fikir söyləmək istədiyi vaxt "sosial şəbəkənin cəlb etdiyi müstəqil ekspertlər" tərəfindən yalan danışdığı iddia olunaraq susdurmaq;

- Hətta meynstrim ("ana axın") medianın belə Baydenin və ailəsinin Ukraynadakı həyatı (Twitter və Facebook-un birlikdə və çox məhsuldar şəkildə apardığı iş nəticəsində demokrat-seçicilərin çoxu oğul Baydenin "New York Post"da əksini tapmış macəralarından xəbəri belə olmadı) haqqında araşdırmalarının qarşısını almaq üçün dəridən-qabıqdan çıxdılar.

Beləliklə, biz informasiya əsri olan XXI yüzillikdə totalitar dövlətin qurulmasına şahidlik etdik. Və bu dövlətdə media məkanına nəzarət edənlər yalan istehsalı ilə (məsələn, seçkiyə rus hakerlərinin müdaxilə etməsi kimi, halbuki noyabrın 5-də ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin rəhbəri Kristofer Krebsin də bildirdiyi kimi belə bir şey olmamışdı) məşğuldur.

Səslərin möcüzəli şəkildə demokratların xeyrinə 14 milyon artmasından sonra isə buna şübhə ilə yanaşanların səsini kəsməyə başladılar: "Saxtakarlıq olmayıb, Tramp da, onun tərəfdarları də yalan danışır"

Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ABŞ-ın Türkiyədən "S-400"-ləri almaq səbəbini açıqladı

Bir məsələni qeyd etmək vacibdir...

Əlbəttə ki, biz ABŞ administrasiyasının bundan sonrakı fəaliyyətlərinə təsir göstərmək iqtidarında deyilik. Birincisi ona görə ki, Amerikada "rusiyapərəsət lobbi yoxdur və heç vaxt da olmayıb. Hətta respublikaçılar arasında belə: ABŞ-da ən "rusiyapərəst" siyasətçi əslində Demokrat Partiyasının marginal namizədi Tulsi Qabbard idi ki, nədənsə Rusiyanın cəzalandırmaqla bağlı çağırış etməmişdi.

İkincisi və ən əsası isə biz bir sadə məsələni yaddan çıxarmamalıyıq: artıq 10 ilə yaxındır ki, ABŞ elitası (siyasi, media və s.) Rusiya haqqında heç nə bilmir. Heç bir amerikan siyasətçisi bizim "zəhərli ölkəmizə" səfər etmir, onlardan heç biri Moskvanı, Sankt-Peterburqu, Yekaterinburqu, Sibiri, Kamçatkanı görməyib; onlardan heç kim Rusiya diplomatlarından başqa bir rusla qarşılaşmayıblar. Onlara Rusiya ilə bağlı bütün informasiya dərin pataloji kadrlarla (məsələn, Putinin hər dəfə ölümcül şəkildə zəhərlənməsi, ancaq sağ qalması haqqında) çatdırılır.

Lakin bütün əsas düşmənlər indi onların öz millətlərinin daxilində cəmləşib və ilk növbədə məhz onlarla mübarizə aparırlar. Yaxşı xəbər də elə budur.

Yuxarıda sadalanan bütün bu səbəblərə görə, ölkəmizə qarşı hər hansı bir xüsusi qarşılıqlı təsir və cəzanın tətbiq ediləcəyini düşünməməliyik. Bir ölkəyə qarşı dəqiq hərəkət etmək üçün həmin dövləti tanımaq lazımdır. Odur ki ABŞ Rusiyanı nəinki yaralı yerindən vurmaq (onsuz da illərlə nə qədər mümkündürsə, vurub) iqtidarında deyil, hətta diqqətini bu məsələyə cəmləşdirməyi belə bacarmır.

Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb  - Sputnik Azərbaycan
VİDEO
Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb

Səbəbi isə çox sadədir: hazırda bu ölkədə daxili rəqiblərini əsas düşmən hesab edən media-siyasi oliqarxiya qələbə qazanıb. Bu isə o deməkdir ki, aşağıdakılara təzyiq göstəriləcək:

- "yeni bərabərliyi" qəbul etməyən dini mühafizəkarlar, yəni, qeyd-şərtsiz imtiyaz sahibi olan üsyankar azlıqlara;

- həyat tərzini dəyişmək istəməyən ağ kişilərə;

- "yaşıl" enerjinin xeyrinə ənənəvi energetikaya.

Bütün bunların fonunda isə medianın uydurduğu rus təhdidi çox marginal məsələ kimi nəzərdən keçiriləcək. Ancaq bu heç də o demək deyil ki, Rusiyanın nəhəng enerji layihəsi olan "Şimal axını-2"-yə qarşı artıq təhdid gözlənilmir. Ən azından, indi bu təhdidin artacağını düşünmək üçün heç bir əsas yoxdur.

Sözsüz ki, amerikalılar bizi sevmir, hətta bəlkə nifrət edirlər. Ancaq totalitar quruluşlu dövlətin (lap "demokratik" olsa belə) normal quruluşlu dövlətdən başlıca fərqi ondadır ki, əsas düşmənlərini həmişə öz içində axtarır və tapır.

Odur ki bizə sadəcə, popkorn və ya günəbaxan tumu alıb bir az səbr etmək qalır..."

Xəbər lenti
0