BAKI, 2 dekabr — Sputnik. Meyxanaçı Samirə Yusifqızı geyimlərini satışa çıxarıb.
Sputnik Azərbaycan xəbər verir ki, pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarıb: "Gödəkcəni 150 manata satıram, amma öz qiyməti 350 dollardır. Şubanı 7500-ə almışam və 600 manata verəcəyəm. Yunanıstandan özüm gətirmişəm".
View this post on Instagram
Qeyd edək ki, meyxanaçı bundan əvvəl də evini 120 min manata satışa çıxarmışdı. O, oğlunun müalicəsi üçün pula ehtiyacı olduğunu, beş banka borcu olduğunu demişdi.