Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Britaniya hökuməti ilə "Netflix" arasında qalmaqal yaşandı - Səbəb isə...

© AP Photo / Chris PizzelloNetflix
Netflix - Sputnik Azərbaycan
Abunə olmaq
"Netflix" digər televiziya layihələrində olduğu kimi, bunu əvvəldən aydınlaşdırmalıdır. Əks təqdirdə, bu hadisələri görməyən bütöv bir izləyici nəsli uydurulmuş hadisələri gerçəklik kimi qəbul edə bilər"

BAKI, 2 dekabr — Sputnik. "Netflix"dən Britaniya kraliçası II Yelizaveta haqqında çəkilən "The Crown" ("Taxt") serialının "bədii düşüncənin məhsulu" olduğu barədə izləyicilərə açıqlama verilməsi tələb olunub.

Sputnik Azərbaycan xəbər veriir ki, bu barədə Böyük Britaniyanın Rəqəmsallaşma, Mədəniyyət, Media və İdman naziri Oliver Dauden bildirib.

O, bu filmin ustalıqla hazırlanış bədii sənət nümunəsi olduğunu vurğulayıb:

"Netflix" digər televiziya layihələrində olduğu kimi, bunu əvvəldən aydınlaşdırmalıdır. Əks təqdirdə, bu hadisələri görməyən bütöv bir izləyici nəsli uydurulmuş hadisələri gerçəklik kimi qəbul edə bilər", - deyə o, vurğulayıb.

Nazir təklifi ilə bağlı "Netflix"ə məktub yollamağı düşünür.

"The Crown"un yaradıcısı Piter Morgan isə serialdakı bütün məlumatların hərtərəfli araşdırıldığını bildirib. Onun sözlərinə görə, bəzən tarixi dəqiqlikdən kənara çıxmalı olub, bununla belə filmdə feyk yoxdur.

Xəbər lenti
0