CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Zəngilanın azad olunmasına görə” medalına bu şəxslər layiq görüləcək

Abunə olmaq
"Zəngilanın azad olunmasına görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə" medalından sonra taxılır.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Zəngilanın azad olunmasına görə" medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Zəngilanın azad olunmasına görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə" medalından sonra taxılır.

"Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

© Official website of President of Azerbaijan Republic“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
“Zəngilanın azad olunmasına görə” medalına bu şəxslər layiq görüləcək - Sputnik Azərbaycan
“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "ZƏNGİLAN", aşağı qövs boyunca "20 OKTYABR 2020" sözləri yazılmışdır. "20 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "ZƏNGİLAN" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Xəbər lenti
0