BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci ildən başlaması nəzərdə tutulurdu.
Həmçinin, DSK, NRYTN, DİN tərəfindən Avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsinə də 2021-ci ildən başlanılacaq.
Sərəncama əsasən, DSK, İN tərəfindən Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsi 2021-2024-cü illəri əhatə edəcək. Əvvəl bu prosesin 2020-2023-cü illəri əhatə etməsi müəyyən edilmişdi.