BAKI, 30 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, qurumun rayonda yerləşəcək inzibati binasının girişində asılacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək.