Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.
ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.
![Строительство дороги Тертер-Суговушан в Азербайджане Строительство дороги Тертер-Суговушан в Азербайджане - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600342_0:0:2918:2048_600x0_80_0_1_86a465b31da515e50b6093a5154fca4f.jpg)
![Село Суговушан в Азербайджане Село Суговушан в Азербайджане - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600524_0:0:3072:2048_600x0_80_0_1_9a6c58698104f38fef76ab7e150ea368.jpg)
![Строительство дороги Тертер-Суговушан в Азербайджане Строительство дороги Тертер-Суговушан в Азербайджане - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600302_0:0:3234:2048_600x0_80_0_1_68f78a3be30e9c9f703f3aae709031fa.jpg)
![Беженец из села Суговушан в Азербайджане планирует возвращение домой Беженец из села Суговушан в Азербайджане планирует возвращение домой - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600627_0:0:2758:2048_600x0_80_0_1_eb2b927c96307e1f8ba4d0aa49e43f88.jpg)
![Suqovuşan Suqovuşan - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600558_0:0:3261:2048_600x0_80_0_1_40dd823c63830a0d81d730eb96a4a741.jpg)
![Suqovuşan Suqovuşan - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600665_0:0:2964:2048_600x0_80_0_1_caa36486345ec2acf227c89d0b6865f7.jpg)
![ANAMA əməkdaşları ANAMA əməkdaşları - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600704_0:0:2922:2047_600x0_80_0_1_1adf8f8ed38bda69f143dd2028e9d1a8.jpg)
![ANAMA əməkdaşları ANAMA əməkdaşları - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600739_0:0:3042:2048_600x0_80_0_1_68b54ac78b1463b67d5853355b65235d.jpg)
![Беженец из села Суговушан в Азербайджане планирует возвращение домой Беженец из села Суговушан в Азербайджане планирует возвращение домой - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600774_0:0:3072:2048_600x0_80_0_1_df91b7eed4abda182ab4d137715dcaa0.jpg)
![Вооруженный мужчина гладит щенка во дворе жилого дома в военном городке близ села Суговушан, поврежденного в результате обстрела Вооруженный мужчина гладит щенка во дворе жилого дома в военном городке близ села Суговушан, поврежденного в результате обстрела - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600809_0:0:3038:2048_600x0_80_0_1_e45f81e1736ba438f718a15305de0514.jpg)
![Автомобиль во дворе жилого дома в селе Суговушан, поврежденного в результате обстрела Автомобиль во дворе жилого дома в селе Суговушан, поврежденного в результате обстрела - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1e/425600844_0:0:3072:2048_600x0_80_0_1_14c445c74ace116b5478afc97bd82135.jpg)