CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyarə Mircəfəroova: "Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. 1993 cü il, oktyabrın 29-u... Zəngilan erməni silahlı qüvvələri tərəfindən mühasirədədir. On minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir. Hamı həyəcanla hadisələrin axarını gözləyir. Uşaqların çığırtısı, qadınların qorxu dolu baxışları...

Hamı ümidini Allaha bağlayıb. Araz sahili Zəngilan sakinləri ilə dolub...

Nə olacaq, ay Allah? Bizidəmi ikinci Xocalı qətliamı gözləyir?

Aradan 27 il keçsə də, zəngilanlılar həmin günləri xatirələrindən silə bilmir. 1993-cü ilin oktyabr ayı onların qan yaddaşına çevrilib...

Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova Zəngilanı ürək ağrısı ilə xatırlayır. Uşaqlıq, gənclik illəri Zəngilanda keçən Səyyarə ana, deyir ki, rayonu tərk edəndə 31 yaşı olub.

© Sputnik / Irade JELILMəcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova
Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu - Sputnik Azərbaycan
Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova

"Zəngilan rayonu mənim əbədi olaraq ürəyimdə iz salıb. Mən bu torpaqda böyümüşəm, orada addım atmışam, bütün arzularım Zəngilanla bağlı olub. Rayonumuz iki həftə müharisədə qaldı. Əgər Araz çayını dayandırıb, bizi keçirməsəydilər, Zəngilanda ikinci Xocalı qətliamı baş verə bilərdi. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik. Həmin vaxt mənim üç övladım, iki oğlum, bir qızım vardı".

Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub və həmin vaxt Araz çayı dayandırlan zaman birinci İrana o keçib. Seyid Ərəb kişi illər boyu Zəngilan həsrəti ilə yaşayıb və ömrünün son günlərində belə, o torpaqlara qayıtmaq arzusunu dilə gətirib.

Zəngilandan qaçqın düşən ailə Bakıda Xətai rayonunda uşaq bağçasında məskunlaşıb və uzun illər burada yaşayıb.

Müsahibimiz bildirir ki, illər boyu qaçqın damğası ilə yaşamaq asan olmayıb. Bu damğanı hər yerdə hiss ediblər: "Utanırdıq, sıxılırdıq qaçqın sözündən".

Səyyarə xanım, dnaışdıqca göz yaşları süzülür. Qaçqınlığın ağrılı-acılı günlərini dilə gətirirdi.

Bu gün isə bütün zəngilanlılar kimi o da qürurludur.

"Çox qürurluyam, sevinirəm ki, artıq qaçqın deyiləm. Daha heç kim mənə qaçqın deyə bilməyəcək. Daha özümü damğalı kimi hiss etmirəm" - deyən Səyyarə Mircəfərova səbrsizliklə torpaqlarına gedəcəyi günü gözləyir.

Deyir heç olmasa bircə dəfə Mincivanın torpağını görsün, havasını ciyərlərinə çəksin.

© Sputnik / Irade JELILSəyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub
Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu - Sputnik Azərbaycan
Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub

"Vətən həsrəti ağırdır, qızım. Kaş o yerlərə gedə biləydim, kaş heç olmasa torpağın qoxusunu hiss edə biləydim. Görəsən evimiz dururmu? Görəsən heç olmasa daşı daş üstə qalıbmı? Bəzən gecələr gəlir gözümün önünə torpağım, vətənim, yurdum. Yadıma gəlir əvvəllər bir qarğış vardı, kimsə kimisə qarğıyanda deyərdi ki, "yurdun, yuvan dağılsın"... Yurdumuzu, yuvamızı dağıdanların, yurdu-yuvası dağılsın..."

Xatırladaq ki, Zəngilanın Mincivan qəsəbəsi Araz çayının sahilində yerləşir. Burada əsasən 1795-1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşmışdı.

Mincivan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Mincivan qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Xəbər lenti
0