KİV: ABŞ Rusiyanın nəhəng layihəsinə qarşı yeni addımlara hazırlaşır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidСтроительство газопровода "Северный поток-2", фото из архива
Строительство газопровода Северный поток-2, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəşr yazır ki, qaz kəmərinin tikintisi üçün "Akademik Çerskiy" boruçəkən gəmisi lazımdır. Lakin bu gəmi də daha böyük diametrli borularla işləmək üçün yeni avadanlıqlarla təchiz olunmalıdır.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-da bir qrup konqresmen Rusiyanın "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyaların tətbiqinə ehtiyacın olmasına dair razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Wall Street Journal" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Şimal axını-2" layihəsinin reallaşdırılması ABŞ-ın qaz kəmərinin podratçılarına qarşı tətbiq etdiyi sanksiyalarla bağlı dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal axını-2" Rusiya tərəfindən yekunlaşdırılacaq, lakin tikinti planlaşdırılan müddətdən bir neçə ay sonra başa çatacaq.

Nəşr yazır ki, qaz kəmərinin tikintisi üçün "Akademik Çerskiy" boruçəkən gəmisi lazımdır. Lakin bu gəmi də daha böyük diametrli borularla işləmək üçün yeni avadanlıqlarla təchiz olunmalıdır.

ABŞ-ın yeni sanksiyaları bu ilin sonundan qüvvəyə minə bilər və bu gəmini yeni avadanlıqlarla təchiz edəcək müəssisələrə, həmçinin qaz kəmərini sığorta, test, yoxlayacaq və sertifikat verəcək şirkətlərə də şamil olunacaq.

Qeyd edək ki, "Şimal axını-2" Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. ABŞ 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.

Bu ilin oktyabr ayının ortalarında isə Vaşinqton "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları bir az da genişləndirib. KİV-də gedən məlumatlara görə, Vaşinqton qaz kəmərinin tamamlanması üçün Rusiya gəmiləri ilə əməkdaşlıq edən sığorta və sertifikasiya şirkətlərinə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.

Xəbər lenti
0