Baydendən qadınlara "yaşıl işıq"

© AP Photo / Alex BrandonДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

Xəbər lenti
0