CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir xatirə qaldı səndən, gözümdə yaş, saçımda dən...

© Photo : Courtesy of Orkhan SafiyevLaçında şəhid olan Daşqın Səfiyev
Laçında şəhid olan Daşqın Səfiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. "Ürəyi Vətən sevgisi ilə döyünürdü. Sənə qurban olum, Daşqın haqqında danışsam, gərək sən oturub məni illərlə dinləyəsən..."

Belə başlayır söhbətə Laçında şəhid olan Daşqın Səfiyevin qardaşı Orxan.

Orxanla Daşqın Gəncədə, valideynləri isə Samux rayonunda yaşayırmışlar. Daşqın da elə Samuxda dəfn edilir.

Daşqın Səfiyev 1989-cu il avqustun 22-də anadan olub: "Daşqınla ağlımız kəsəndən bütün işlərimiz bir olub. Onun ən yaxını mən, mənim də ən yaxınım Daşqın idi. Gəncə şəhərində yaşayırıq. Mən hərbçi idim. Daşqın hər zaman bütün hərbçilərlə, şəhidlərlə fəxr etdiyini deyirdi. Ən böyük arzumuz Qarabağ uğrunda döyüşmək, torpağımızı düşmən işğalından azad etmək idi".

Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

© Photo : Courtesy of Orkhan SafiyevLaçında şəhid olan Daşqın Səfiyev
Bir xatirə qaldı səndən, gözümdə yaş, saçımda dən... - Sputnik Azərbaycan
Laçında şəhid olan Daşqın Səfiyev

Bu səbəbdən Tovuzda döyüşlər başlayanda Daşqın könüllü olaraq döyüşmək üçün müraciət etmişdi. Tez-tez Tovuza əsgərlər üçün yardım aparan Daşqın onların sıralarında olmaq üçün çalışırdı.

"Mənə deyirdi ki, özünü qoru. Deyirdi ki, "qaqa, özünü qoru mənim üçün. Axı bizim sözümüz var - sən olmasan, mən olmaram. Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Və sonda arzusuna çatdı, onu qəbul etdilər. Gözüm dolmuşdu onu yola salanda. Dedi, niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq. Qucaqlaşdıq, görüşdük. Getdi..." - deyə Orxan danışır.

Qardaşlar ara-sıra danışır, düşmənlə savaşda qazanacaqlarına inanırdılar. Ancaq Orxanın ürəyi narahat idi. Sanki nəsə olacaqmış kimi hiss edirdi. Fikirlərini dağıtmaq istəsə də alınmırdı.

Daşqın şəhid olmamışdan iki gün öncə yenə danışırlar. Daşqın problem olmadığını, səhhətinin yaxşı olduğunu deyir: "Ayın 5-i axşam belim tutdu. Tərpənə bilmirdim. Elə düşünürdüm ki, soyuq olub. Ağlıma da gəlmədi ki, Allah hər şeyimi alıb, Daşqınımı itirmişəm".

Bir müddət sonra qara xəbərini aldım. Heç nə gözümə görünmürdü. Gedib cənazəni gətirdim. Dünyam qaralmışdı. Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı. Arzularımız gözümüzdə qaldı. Kəlbəcər düşmən işğalından azad edildi, amma Daşqınım yoxdur".

© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev - Sputnik Azərbaycan
1/3
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev
© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev - Sputnik Azərbaycan
2/3
Şəhid Daşqın Səfiyev
© Photo : Courtesy of Orkhan Safiyev
Səfiyevlər ailəsi - Sputnik Azərbaycan
3/3
Səfiyevlər ailəsi
1/3
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev
2/3
Şəhid Daşqın Səfiyev
3/3
Səfiyevlər ailəsi

Orxan Səfiyevin sözlərinə görə, sonradan Daşqınla birgə döyüşən əsgərlədən biri Daşqın haqqında danışanda deyirmiş ki, "sıralarımızda kəlbəcərli Daşqın vardı. Elə döyüşürdü ki, ermənilərin postunu təkbaşına təmizləmişdi. Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb gedirdi ermənin üzərinə. Sonra ağır silahla vurdular onu, dünyasını dəyişdi". "Mən bu sözləri eşidəndə qürur hissi ilə yanaşı, bir ağrı da yaşayırdım. Daşqınım həyatda yoxdur, təkəm", - deyə Orxan qeyd edir.

Hər zaman Daşqınla planlar quran Orxan ondan sonra necə yaşayacağını bilmir.

Daşqının şəhid olması Orxanın da həyatını alt-üst edib... İndi o, qardaşının xatirələri ilə təsəlli tapır...

Xəbər lenti
0