BAKI, 29 noyabr - Sputnik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Ariana News telekanalı BQXK-nın ölkədəki nümayəndəsinə istinadə yayıb.
Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.
Ölkədə fəaliyyətdə olan heç bir terrorçu qruplaşma oğurluq faktına görə məsuliyyəti boynuna götürməyib.
Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Qəznə şəhərində, hərbi bazanın yaxınlığında mina ilə dolu avtomobil partlayaraq 21 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.