Mina dolu avtomobil Əfqanıstanda 21 nəfərin həyatına son qoydu

© AP Photo / Rahmat GulƏfqanıstanda partlayış, arxiv şəkli
Əfqanıstanda partlayış, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əfqanıstandakı terrorçu qruplaşmalardan hələ ki heç biri hadisəyə görə məsuliyyəti boynuna götürməyib

BAKI, 29 noyabr - Sputnik. Əfqanıstanın Qəznə şəhərində partlayış olub, 21 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ariana News agentliyi xəbər yayıb.

Yerli xəstəxananın baş həkiminin bildirdiyinə görə, ölən və həlak olanlar hərbçilərdir. Qeyd olunur ki, hadisə Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında olub - orada mina ilə dolu avtomobil partlayıb.

Həmçinin partlayışa qədər atışma səslərinin gəldiyi də deyilir. Əfqanıstandakı terrorçu qruplaşmalardan hələ ki heç biri hadisəyə görə məsuliyyəti boynuna götürməyib.

Qəznə şəhəri Əfqanıstanın mərkəzi hissəsində yerləşən eyniadlı əyalətin paytaxtıdır.

Xəbər lenti
0