Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19 Türkiyəyə aman vermir: qardaş ölkə antirekordu təzələdi

© REUTERS / Umit BektasСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb

BAKI, 29 noyabr - Sputnik. Türkiyədə bir sutka ərzində 29281 nəfərdə koronavirus təsbit olunub, 185 nəfər COVID-19-dan dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu göstərici pandemiya başlanandan bəri rekord sayıla bilər. 

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Dünən Türkiyədə sutka ərzində yoluxanların sayı 30103, ölənlərin sayı 182 nəfər olmuşdu.

"Bu gün 29281 yeni yoluxma faktı aşkarlandı. 185 pasiyentimiz dünyasını dəyişdi. Pandemiya başlanandan indiyədək 13558 insanımızı itirmişik. Xəstəxanalarda 5011 xəstə ağır vəziyyətdədir", - Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Xəbər lenti
0