BAKI, 28 noyabr — Sputnik. Bakıda yanğın zamanı bir nəfər ölüb.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.