Şimali Koreyanın Cənubi Koreyaya hücumunun qarşısı alınıb

© AFP 2024 / Handout / Various sources Южнокорейский солдат (справа), разговаривающий с северокорейским солдатом (слева) во время проверки демонтированного северокорейского сторожевого поста
Южнокорейский солдат (справа), разговаривающий с северокорейским солдатом (слева) во время проверки демонтированного северокорейского сторожевого поста - Sputnik Azərbaycan
Abunə olmaq
Koreyalı deputat Ha Te Qen-in sözlərinə görə, Şimali Koreya hakerlərinin Cənubi Koreya şirkətinə hücum cəhdi uğursuzluğa düçar olub.

BAKI, 27 noyabr — Sputnik. Cənubi Koreya kəşfiyyatı Şimali Koreyadan olan hakerlərin COVID-19 peyvəndinin yaradılması ilə məşğul olan şirkətlərin saytına müdaxilə etmələrinə imkan verməyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Straits Times" nəşri məlumat yayıb.

Koreyalı deputat Ha Te Qen-in sözlərinə görə, Şimali Koreya hakerlərinin Cənubi Koreya şirkətlərinə hücum cəhdi uğursuzluğa düçar olub.

Məlumatda söhbətin hansı şirkətlərdən getdiyi açıqlanmır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61 milyonu keçib, 1,43 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0